Azərbaycan
Beynəlxalq Bankı filialların transformasiyası layihəsi çərçivəsində filial və
şöbələrini müasirləşdirir. Bu prosesin tərkib hissəsi olaraq bankın daha iki
regional şöbəsinin xidmət ofisləri yenilənib. Ağstafa şöbəsi Ağstafa şəhəri,
Heydər Əliyev küçəsi - 47 B ünvanında, bankın
korporativ üslubuna uyğunlaşdırılmış yeni binada fəaliyyətə başlayıb.
Geniş məkanlarda
yerləşən hər iki bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz edilib.
Xidmət ofislərində müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər
cür şərait yaradılıb. Azərbaycan Beynəlxalq Bankının müştəriləri bankın digər
xidmət ofislərində olduğu kimi Goranboy və Ağstafa şöbələrində də kassa-hesablaşma
əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal
ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. daxil olmaqla, bir çox bank məhsul
və xidmətlərindən faydalana bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !