Beynəlxalq Bank işinə görə tutulmuş üç nəfər azadlığa buraxıldı

14:25 | 31.05.2016
Beynəlxalq Bank işinə görə tutulmuş üç nəfər azadlığa buraxıldı

Beynəlxalq Bank işinə görə tutulmuş üç nəfər azadlığa buraxıldı

Onların barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib

Həbsdə olan "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir "İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və "Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev azadlığa buraxılıb.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, həmin şəxslər barəsində həbs qətimkan tədbiri ləğv edilib, onların barəsində  polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A.Hüseynov 2015-ci ilin may ayında saxlanılıb. O, 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir. A.Hüseynova Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.

"Riyad-Farm”ın icraçı direktoru A.Quliyev və Mingəçevir "İzolit” ASC-nin İdarə Heyətinin sədri M.Mehdiyev də CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb