Beynəlxalq Bank xarici borcunu vaxtında qaytaracaqmı?

17:47 | 22.04.2016
Beynəlxalq Bank xarici borcunu vaxtında qaytaracaqmı?

Beynəlxalq Bank xarici borcunu vaxtında qaytaracaqmı?

2015-ci ilin aprelin sonu Azərbaycan Beynəlxalq Bankı bir  il müddətinə 200 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit (birdən çox maliyyə təşkilatının toplaşaraq eyni bir iqtisadi subyektə eyni şərtlərlə verdiyi kredit) cəlb edib.

Kreditin aparıcı təşkilatçıları qismində  "Citibank, N.A.”, "London (Citi)”, "Commerzbank Aktiengesellschaft (Commerzbank)”, "ING Bank N.V.”, "J.P. Morgan Limited and Raiffeisen Bank International AG (RBI)”maliyyə qurumları çıxış ediblər. Kreditin ilkin məbləği 125 milyon dollar səviyyəsində  olsa da, sonradan məbləğ 200 milyon ABŞ dollarınadək qaldırılıb.

2016-ci ilin aprelin sonu kreditin bağlanma müddətidir. Bəs görəsən bank borcunu vaxtında qaytaracaqmı?

Məsələ ilə bağlı ANN.az Beynəlxalq Bankın mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən Bankın müvafiq öhdəliyini vaxtlı-vaxtında yerinə yetirdiyi bildirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb