Bəzi rayonların qaz təchizatı məhdudlaşdırılacaq

11:58 | 11.05.2016
Bəzi rayonların qaz təchizatı məhdudlaşdırılacaq

Bəzi rayonların qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün Bakı şəhəri Nəsimi, Yasamal, Binəqədi və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 200 mm-lik siyirtmənin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 11-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Çiçək yaşayış massivində, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu, Güzdək, Hökməli qəsəbələrində, həmçinin Nəsimi və Yasamal rayonlarının   bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM