Bəzi yerlərdə yağış yağacaq

16:25 | 01.10.2014
Bəzi yerlərdə yağış yağacaq

Bəzi yerlərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində havanın tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. ANN.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, şimal-qərb küləyinin gün ərzində güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 20-23, axşama doğru 15-17 dərəcə isti olacaq.Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Azərbaycanın rayonlarındaOktyabrın 02-də bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq. XəbərdarlıqOktyabrın 02-də bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb