Biletləri satmasanız, heç kim buraxılmayacaq - VİDEO

10:22 | 24.12.2018
Biletləri satmasanız, heç kim buraxılmayacaq - VİDEO

Biletləri satmasanız, heç kim buraxılmayacaq - VİDEO

Məktəbdə Yeni il şənliyi keçiriləcək. Hazırlıqlar çərçivəsində nəfis tərtibatda biletlər də çap etdirilib. Bura qədər hər şeyə normal baxmaq olar. Təhsil ocağı tədbir keçirir və bunu səliqəli şəkildə təşkil etmək üçün şənlikdə iştiraka icazəni bilet əsasında təşkil edir. Məsələnin sual doğuran tərəfi həmin biletlərin məcburi qaydada satılmasıdır.

Anews.az ARB TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtda fəaliyyət göstərən 194 saylı tam orta məktəbdən gedir.

Biletlərin tam həcmdə satılmayacağı halda bütün sinfin tədbirə buraxılmayacağını deyən Rəşad müəllim təlim-tərbiyə işləri üzrə direktor müavini, tədbirin təşkilatçısıdır.

Açıqlama verməkdən çəkinən direktor və müavininin şifahi açıqlaması belə oldu:

"Şənliyin keçirilməsi üçün təşəbbüs valideynlərin özlərindən gəlib, bilet satışı isə məcburi deyil ”

Faktla bağlı məktəbdən ətraflı cavab olmasa da, Bakı şəhəri üzrə Təhsil İdarəsi məsələyə biganə qalmadı.

"Ümumtəhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur. Müxtəlif  qurumların ümumtəhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür”, - deyə idarədən verilən məlumatda bildirilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb