Binali Yıldırım Azərbaycana təşəkkür etdi

16:20 | 28.06.2016
Binali Yıldırım Azərbaycana təşəkkür etdi

Binali Yıldırım Azərbaycana təşəkkür etdi

Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə və Rusiya arasında münasibətlərdəki soyuqluğun aradan qaldırılması sayəsində səylərinə görə Azərbaycana təşəkkür edib.
 
APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, B. Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib ki, Rusiya ilə münasibətlərdə önəmli irəliləyişlər var.
 
Baş nazir bir müddətdir, davam edən dolayı təmasların nəticə verdiyini bildirib: "Qarşılıqlı təmaslar Rusiya və Türkiyə arasındakı münasibətlərdəki buzların əriməsini təmin etdi. Hər iki xalq üçün uğurlu olsun. Münasibətlərin bu nöqtəyə çatmasında bir çoxlarının əməyi var. Xüsusən qardaşlarımız Azərbaycan, Qzaxıstan və bölgə ölkələrinin liderlərinə çoxsaylı səyləri üçün təşəkkür edirik”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM