Binəli Yıldırım: “İŞİD-lə ən çətin mübarizəni Türkiyə aparıb"

10:40 | 27.01.2018
Binəli Yıldırım: “İŞİD-lə ən çətin mübarizəni Türkiyə aparıb

Binəli Yıldırım: “İŞİD-lə ən çətin mübarizəni Türkiyə aparıb"

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın Suriyadakı hərəkətlərini pisləyərək Vaşinqtonun bölgədəki terror təşkilatları ilə əməkdaşlığının yolverilməzliyini vurğulayıb.

APA-nın məlumatına görə, bu barədə "Anadolu” agentliyi xəbər verib.

"Doğurdanmı ABŞ kimi güclü ordu və böyük imkanlara malik ölkənin bir ovuc terrorçunun yardımına ehtiyacı var? Türkiyənin sərhədi həm də NATO sərhədidir. NATO-nun sərhədini təhlükə mənbəyi kimi qəbul etmək ağılasığmazdır. Bu izah edilən deyil. Bu düşmənçiliyin açıq təzahürüdür. Ankara belə bir planın həyata keçirilməsinə imkan verməyəcək, arxasında hansı ölkənin durmasından asılı olmayaraq. 

Bu baş verməyəcək!”, deyə baş nazir vurğulayıb.

Binəli Yıldırım həmçinin ABŞ-ın yaratdığı beynəlxalq koalisiyanın qeyri-effektiv olduğunu qeyd edib.  

"Ərəfat qalxanı" əməliyyatı dövründə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 3600 İŞİD silahlısını zərərsizləşdirib, 2 000 kvadrat kilometr ərazini terrorçulardan təmizləmişdi. Suriyada İŞİD dəstələrinə qarşı ən çətin mübarizəni Türkiyə aparıb”, deyə baş nazir vurğulayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb