Bir gözündə market, o biri gözündə subyektivlik olan "TƏRƏZİ"

10:00 | 22.05.2016
Bir gözündə market, o biri gözündə subyektivlik olan

Bir gözündə market, o biri gözündə subyektivlik olan "TƏRƏZİ"

ANNTV.Az-da yer alan "Keyfiyyət sınağı" layihəmiz izləyicilərimiz tərəfindən xüsusi maraqla qarşılanıb. Bununla əlaqədar internet resursumuzun ünvanına yüzlərlə email daxil olub. Onların arasında Bakının supermarketlərində araşdırma aparan supermarket.az internet resursunun əməkdaşı Tural Abdullayevin mesajı diqqətimizi çəkdi. Həmin mesajda müəllif bizim onun verilişi ilə eyni olan araşdırma apardığımızı bildirirdi. 
 
Xatırladaq ki, "Keyfiyyət sınağı" layihəmizin məqsədi mağazalardan aldığımız və gündəlik rasionumuzda işlətdiyimiz ərzaq mallarının keyfiyyəti barədə məlumat verməkdir. Yoxlamaya verdiyimiz ərzaq malları Bakı sakinləri arasında keçirdiyimiz sorgu əsasında müəyyənləşir, daha sonra onlar anonim qaydada qablaşdırılaraq elektron cihazlarla təchiz edilmiş "Referans" laboratoriyasına verilir və laborator yoxlamadan keçəndən sonra biz onların keyfiyyəti barədə seyrçilərimizə məlumat veririk. Bizim dediyimiz hər bir söz video kadrla öz təsdiqini tapır və yoxlama prosesi tam seyrçilərin gözü qarşısında nümayiş etdirilir.  Odur ki, Tural Abdullayevin ancaq sübyektiv mülahizələrə söykənmiş layihəsini bizim məhsulla eyniləşdirməsi sual doqurur. 
 
Təbii ki, həmkarımızın verilişinin məramı olduqca maraqlıdır. Buna bənzər layihələr Rusiya kanallarında da yer alıb. Amma veriliş gedişində biz nə görürük? Müəllif supermarketə daxil olur , bazarlıq edir və sonda ekranda həmin marketin işi ilə baglı dəyərləndirmənin nəticələrini göstərir. Amma bu qənaətə nəyin əsasında gəldiyini bildirmir. Deyilənlər hər hansıı video kadrla təsdiqini tapmır.  Belə olan halda  izləyici nə üçün cənab Abdullayevin iddiasına inanmalıdır sualı açıq qalır. 
 
Veriliş zamanı biz  satılan məhsulların istifadə müddəti ilə bağlı hər hansı araşdırmann, alıcılarla və market rəhbərliyi ilə söhbətin  şahidi olmuruq. Sanki müəllif bizim onun hər sözünə inanacağimıza əmindir. Məsələn , Fresco mağazası hörmətli Tural Abdullayevin reytinq cədvəlində ancaq mənfi qiymət alıb. Amma bunun səbəbləri açıqlanmır. Biz aparıcının və ya mağazada alış veriş edən hər hansı alıcının market işçiləri tərəfindən kobud rəftarı ilə rastlaşmırıq, orada natəmizliyin olması ilə bağlı kadrları görmürük, çeşid azlığının nədən ibarət olduğu da izah edilmir. 

Sonda  müəllifin tənqid hədəfi  ARAZ MARKET olur.  Tural Abdullayev marketə buraxılmadığını desə də bunun səbəblərini tam izah etmir.  Market rəhbərliyinin mövqeyi ancaq marketin qapılarının bağlanması kadrı ilə izah olunur. Bu marketdə aparılan yoxlamanı  müəllif marketdən aldığı mallara vurulan çekdə göstərilmiş qiymətlə  piştaxtada  müşahidə etdiyi rəqəmlər arasındakı fərqlə bitirir. Təəsüf ki, bu zaman da biz cekdəki rəqəmləri görə bilmirik və piştaxtadakı qiymətlər kimi bizə təqdim olunan rəqəmlərin də  nə dərəcədə həqiqətə uyğun olduğunu əks etdirən  foto və video materialın şahidi olmuruq. Tural Abdullayev bunun səbəbini ARAZ Market rəhbərliyinin ona çəkiliş hüququ verməməsi ilə izah edə bilər. Amma ona çəkiliş aparmaq hüququ verən supermarketlərdə də o, bu kadrları göstərməkdən yayınıb. 

Bizim sorgumuza cavab olaraq Araz MARKET rəhbərliyi bildirdi ki,  özunu təqdim etmədən, heç bir müvafiq sənəd gostərmədən marketdə gizli çəkilis apardiğina, dəyərləndirmə apardiğı 6 kriteryanin heç biri uzrə arasdırma, tədqiqat aparmadan və muvafiq şəxslərdən munasibət öyrənmədən səxsi mulahizələri əsasinda qərar verdiyindən Tural Abdullayev marketə buraxılmayıb.  "Eyni zamanda bu şəxs bir sıra marketlər şəbəkəsinin reklami bahasina digər marketləri anti-reklam edir. Bu "marketoq"un "arasdirmasi"nda heç bir obyektivlikdən söhbət gedə bilməz. Butun muvafiq qanunlara və etik normalara zidd davranışlarina, həmçinin marketdə özunun qeyri-etik davranişına görə, bu şəxsə "arasdirma" aparmağa icazə verilməmişdir, - deyə açıqlamada bildirilir.

Bütün bunlar layihənin tam obyektiv əsaslara söykənmədiyini sübut edir və bu layihənin öz layihəmizlə eyniləşdirilməsinin tam əleyhinəyik.  Ümid edirik ki, gələcək verilişlərində həmkarımız bu səhvləri təkrarlamayacaq və diqqətimizə daha obyektiv, faktlara söykənən video material təqdim edəcəkdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb