Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər yaranıb

10:00 | 24.02.2016
Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər yaranıb

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər yaranıb

Bu gün saat 09:00-dan Sabunçu, Xəzər, Xətai, Nizami, eləcə də Şəki, Gədəbəy, Xudat, Ağcabədi, Sabirabad, Haciqabul, İmişli, Neftçala və Saatlı rayonlarınin bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb.

"Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, fasilələr işlər yekunlaşanadək davam edəcək.

Bu işlər diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin yerinin dəyişdirilməsi, qaz xətləri üzərində quraşdırılmış siyirtmələrin araqatlarının yenilənməsi, diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yeraltı keçid sahələrində korroziyaya uğramış hissələrin yenisi ilə əvəzlənməsi, çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə aparılır.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb