Birinci xanım villasını satır - FOTOLAR

15:10 | 20.11.2014
Birinci xanım villasını satır - FOTOLAR

Birinci xanım villasını satır - FOTOLAR

Meksikanın birinci xanımı Angelica Rivera malikanəsini satacağını açıqlayıb. ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, təxminən 7 milyon dollarlıq evə tamamilə ağ olmasına görə Meksika mətbuatı tərəfindən "Ağ Saray" adı qoyulmuşdu. Prezident Enrique Pena Nieto ilə evli olan 45 yaşlı keçmiş aktrisa yayılan videoelanda satmaq haqda qərarını açıqlayıb.Evin "first lady"nin adına olmaması isə ölkə gündəmini zəbt edib. 7 milyon dollarlıq lüks evin yüksək sürətli qatar proyekti daxil olmaqla bir çox dövlət tenderini qazanan şirkətə aid olduğu təyin olunub.Dövlət Başçısı Pena Nietonun sözçüsü Eduardo Sançez Riveranın "Ağ Saray" adı verilən evin pulunu kreditlə ödədiyini və son ödənişi etdikdən sonra evin 45 yaşlı "first lady"nin adına keçəcəyini açıqlayıb.Qeyd edək ki, Pena Nieto və Rivera 2010-cu ildə ailə qurmuşdu.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM