“Bloomberg”: Rusiyalıların Putinə olan rəğbəti azalıb

19:00 | 27.05.2016
“Bloomberg”: Rusiyalıların Putinə olan rəğbəti azalıb

“Bloomberg”: Rusiyalıların Putinə olan rəğbəti azalıb

Qərb liderləri Rusiya prezidenti Vladimir Putin ilə münasibətdə paradoks ilə üzləşiblər.

Oxu.Az "Bloomberg” istinadən xəbər verir ki, belə ki, o, qarşıdurmaya getdikcə, Rusiya əhalisi tərəfindən bir o qədər çox rəğbət qazanır. 

Agentliyin məlumatına görə, bunun üçün müxalifətə qarşı və televiziyada milləti xarici düşmənlərdən qoruyan "yaxşı çar” obrazı yaratmaq üçün tədbirlər görülür.

Buna baxmayaraq, hazırda son 20 ildə Rusiyanın ən uzun ressesiyada olduğu zamanda, Putinin fəaliyyətinin bəyənilməsi reytinqi azalmaqda davam edir. Bu ay reytinq 80%-dən ibarət olub, bu son iki ildə ən aşağı göstəricidir.

"Bloomberg” qeyd edir ki, buna baxmayaraq, bu reytinq qərb liderlərinin arzulaya biləcəyi reytinqdir. 

Bununla yanaşı agentlik bildirib ki, rusiyalılar tarixi olaraq güc metodlarını dəstəkləyirlər. Belə ki, ölkə daxilində olan mühafizəkar cəmiyyət Putini sevməsə belə, onu əvəz edə biləcək real alternativ görmür.   

İlin əvvəlində Levada-mərkəz prezident Vladimir Putinin fəaliyyətinə dair reytinqin azaldığı barədə məlumat yaymışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM