BMT baş katibi Bakıya gəlir

14:38 | 16.04.2016
BMT baş katibi Bakıya gəlir

BMT baş katibi Bakıya gəlir

25-27 aprel tarixlərində Bakıda keçiriəcək BMT SA-nın 7-ci Qlobal Forumunda iştirak etmək üçün BMT-nin Baş Katibi Ban Ki Mun və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasser Abdul Aziz Al Nasser Bakıya səfər edəcək.
 
 

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, medya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Qeyd edək ki, sözegedən forumun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM