BMT baş katibinin Cənubi Qafqaza səfəri təxirə salındı

14:42 | 21.04.2016
BMT baş katibinin Cənubi Qafqaza səfəri təxirə salındı

BMT baş katibinin Cənubi Qafqaza səfəri təxirə salındı

 BMT baş katibi Pan Gi Munun Cənubi Qafqaza aprelin sonuna planlaşdırılan səfəri baş tutmayacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Düjarrik məlumat verib. 

"Baş katib regiona səfər etməyi çox istəyirdi, amma mühüm səbəblərə görə, həmin günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaza səfərin vaxtına yenidən baxılacaq", - mətbuat katibliyindən bildiriblər.

Səfərin təxirə salınması ilə bağlı xəbəri BMT-nin Azərbaycandakı ofisindən də təsdiqləyiblər.

Qeyd edək ki, BMT baş katibi aprelin 25-dən 27-nə qədər Azərbaycan, Ermənistan və Gürcüstana ilk dəfə səfər etməyi planlaşdırırdı. Pan Gi Mun həmçinin Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək niyyətində idi.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb