BMT İŞİD vəhşiliyini təsdiqlədi - FOTO+VİDEO

12:57 | 01.09.2015
BMT İŞİD vəhşiliyini təsdiqlədi - FOTO+VİDEO

BMT İŞİD vəhşiliyini təsdiqlədi - FOTO+VİDEO

Təşkilat terrorçuların dağıtıdğı Bel məbədinin kosmosdan çəkilən şəkillərini "Twitter”də paylaşıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyanın antik şəhəri Palmirada 2000 illik tarixi olan Bel məbədinin İŞİD tərəfindən dağıtdıldığını təsdiqləyib. 

ANS PRESS-in məlumatına görə, BMT İŞİD vəhşiliyini təsdiqləmək üçün məbədin kosmosdan çəkilən şəkillərini "Twitter”də paylaşıb. 

Şəkillərdən də göründüyü kimi İŞİD Roma imperatorluğundan qalma abidəni dağıdıb.


 
 

BMT-nin kosmosdan çəkdiyi şəkillər


Ötən gün terrorçuların Bel məbədini dağıtmaları barədə Suriya İnsan Haqları Dərnəyi məlumat yayıb. 

Yerli sakinlərin "Associated Press"ə verdiyi məlumata görə, partlayış nəticəsində məbədin böyük bir hissəsinə ziyan dəyib. Keçən həftə İŞİD Palmirada Baalşamini məbədini yerlə bir etmişdi.


İŞİD -in dağıtdığı-Bel məbədi 


UNESCO bu məbədin uçurulmasının "hərbi cinayət” olduğunu açıqlayıb. İŞİD antik şəhəri may ayında ələ keçirib.

2011-ci ildə başlayan vətəndaş müharibəsindən əvvəl Palmira şəhərini ildə 150 mindən çox turist ziyarət edirdi. Terrorçular dəfələrlə İslamdan əvvəl qalma antik abidələri "bütpərəstliyin simvolu” adlandıraraq məhv edib.


Hazırda İŞİD Palmira şəhəri daxil olmaqla Suriya və İraq ərazisində geniş bir ərazidə hökümranlıq edir. 


İŞİD -in xəritəsi-Qırmızı rəngli bütün ərazilər terrorçulara məxsusdur

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb