BMT-nin baş katibi gözlənilmədən İsrailə səfər edəcək

17:44 | 20.10.2015
BMT-nin baş katibi gözlənilmədən İsrailə səfər edəcək

BMT-nin baş katibi gözlənilmədən İsrailə səfər edəcək

 BMT-nin baş katıbi Pan Gi Mun oktyabrın 20-də İsrailə əvvəlcədən planlaşdırılmayan səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda İsrailin dövlət radiosu məlumat yayb.

Səfərlə bağlı məlumat öncədən elan olunmadığından bu ziyarət müəyyən mənada gözlənilməz də sayılır.

"Avropa ölkələrində səfərdə olan baş katib təhlükəsizliyə dair məsələləri müzakirə etmək üçün İsrailə səfər etməyi qərara alıb", - deyə məlumatda bildirilib.

Pan Gi Munun İsrailin baş naziri Binyamin Netaniyahu, Fələstin dövlətinin rəhbəri Mahmud Abbasla görüşəcəyi planlaşdırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM