BMT Rusiyanın işğal etdiyi ərazilərdə seçki keçirmək cəhdini pisləyib

19:30 | 17.03.2024
BMT Rusiyanın işğal etdiyi ərazilərdə seçki keçirmək cəhdini pisləyib

BMT Rusiyanın işğal etdiyi ərazilərdə seçki keçirmək cəhdini pisləyib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində Prezident seçkiləri keçirmək cəhdini pisləyib.Bunu BMT-nin sözçüsü Stefan Dujarrik bəyan edib.

O bildirib ki, Ukraynanın regionlarının qanunsuz ilhaqına cəhd beynəlxalq hüquqa uyğun deyil.

"BMT Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, – deyə Dujarrik bildirib.

BMT Ukrayna ərazilərindəki səsvermə nəticələrinin etibarlı olmadığını düşünür.

Martın 15-də Rusiyada Prezident seçkiləri başlayıb. Proses bu gün – martın 17-də başa çatacaq. Rusiyanın işğal etdiyi Ukrayna bölgələrində 100 minədək səsvermə məntəqəsi yaradılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM