BMT TŞ İsrailə hücumla əlaqədar növbədənkənar iclas keçirəcək

13:44 | 14.04.2024
BMT TŞ İsrailə hücumla əlaqədar növbədənkənar iclas keçirəcək

BMT TŞ İsrailə hücumla əlaqədar növbədənkənar iclas keçirəcək

Bu gün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək. Bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan bildirib. 
 
BMT Təhlükəsizlik Şurasının iclası İsrailin təşəbbüsü ilə çağırılıb. Qilad Erdan qeyd edib ki, bu gecə saat 22.00-da keçiriləcək iclasda İranın İsrailə hücumu müzakirə olunacaq. 
 
Ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 "Yer-Yer” tipli raketi atıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM