Bolqarıstan parlamentinin spikeri istefa verdi

15:46 | 17.11.2017
Bolqarıstan parlamentinin spikeri istefa verdi

Bolqarıstan parlamentinin spikeri istefa verdi

Bolqarıstanın Xalq Məclisinin spikeri Dimitar Qlavçev istefa verib. 

Bu barədə anews.az "Novinite" portalına istinadən xəbər verir.

"Mən artıq Xalq Məclisinin qeydiyyat bölməsinə istefa verməyimlə bağlı ərizə ilə müraciət etmişəm”, - deyə Qlavçev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Bolqarıstanın Sosialistik Partiyası Qlavçevin istefaya göndərilməsi prosedurasına başlanıldığını bildirmişdi. Sosialistlərin lideri Korneliya Ninova spikeri hakimiyyətdən sui-istifadə etməkdə və vəzifəsini icra etməməkdə ittiham edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM