Boris Conson da Trampa qarşı çıxdı

23:21 | 07.05.2018
Boris Conson da Trampa qarşı çıxdı

Boris Conson da Trampa qarşı çıxdı

İranla imzalanan nüvə razılaşması Tehranın nüvə silahı əldə etməməsi üçün yaxşı imkandır.

Axar.az xəbər verir ki, bu sözlər Britaniya Xarici İşlər naziri Boris Consonun "Nyu York Tayms” qəzetində dərc olunan məqaləsində yer alıb.

"Bu razılaşmanın zəif tərəfləri var, amma əminəm ki, onları düzəltmək olar. Bunun gerçəkləşməsi üçün Britaniya ABŞ-la çalışır. Hazırda nüvə razılaşmasından imtinadan udan tərəf yalnız İran olacaq.

Britaniya Trampın İranın terrorçulara dəstək verməsi, uzaqmənzilli raketlər hazırlamasıyla bağlı bütün narahatlıqlarını bölüşür. Biz həmçinin İranın heç vaxt nüvə silahına sahib olmaması gərəkdiyi ilə də razıyıq”, – deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM