"Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə
dəstək
Azəri-Çıraq-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru
kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrinin əməliyyatçısı olan
BP şirkəti həmin layihələrdəki tərəfdaşlarının adından 2016-cı ilin
sentyabr ayında Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində başlanılmış
"Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisarların yaradılması”
layihəsinin nəticələrini elan etməkdən məmnunluq duyur", bunu BP Azərbaycan şirkətinin bu gün keçirdiyi təqdimatda şirkətin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin
gücləndirilməsinə dəstək olmaq və beləliklə də ölkənin kənd
təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə vermək
olub.
"British Council” təşkilatı tərəfindən yerinə yetirilmiş bu layihə
nəticəsində aşağıdakı sahələr üzrə 12 təlim modulu üçün dərsliklər,
tədris materialları və təlim metodologiyası hazırlanıb:
• bağçılıq (3 modul: bitkilər və onlardan istifadə; əkin və
qulluq/təsərrüfat işləri; torpaq və substratlar);
• bitkiçilik (5 modul: taxılın yetişdirilməsi; meyvəçilik; qarğıdalının
yetişdirilməsi; meyvəköklülərin yetişdirilməsi; pambığın
yetişdirilməsi);
• kənd təsərrüfatı texnikası/aqro-xidmətlər (4 modul: maşınmexanizmlərə
texniki xidmət; maşın-mexanizmlərin təmiri; kənd
təsərrüfatı texnikasından istifadə; kənd təsərrüfatı texnikası ilə
işlərin tamamlanması)
Layihə nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetindən və
müxtəlif peşə məktəblərindən olan qırx yerli ekspert və təlimçi
modulların hazırlanması və modullu tədris metodları üzrə təlim alıb.
Layihənin müvəffəqiyyətli olmasından həvəslənərək və maliyyə
resurslarının düzgün idarə olunması nəticəsində qənaət edilmiş
vəsaitlərdən, habelə layihə sponsorlarının ayırdığı əlavə maliyyə
vəsaitlərindən istifadə edərək BP və tərəfdaşları aşağıdakı sahələr üzrə
əlavə 7 modul üçün dərsliklər, tədris materialları və təlim
metodologiyası hazırlamaq məqsədilə mövcud müqaviləyə düzəliş
ediblər:
• Tərəvəzçilik (3 modul: meyvəli tərəvəzlər; yarpaqlı və
meyvəköklü tərəvəzlər (bostanda becərilmə); xüsusi bitkilər, çay
və dərman bitkiləri)
• Meyvəçilik (4 modul: almakimilər; çəyirdəkli meyvələr;
giləmeyvələr; yabanı meyvələr və qozkimilər)
Layihənin bu növbəti mərhələsi 2018-ci ilin iyun ayında
tamamlanacaq.
Buna görə də, 461.000 AZN təşkil edən yekun büdcə (358.000AZN ilkin
büdcə üstəgəl əlavə 103.000AZN) çərçivəsində 19 modul üçün
dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanacaq və
yuxarıda qeyd edilmiş sahələr üzrə 40 nəfər ekspert və təlimçi
yetişdiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !