BP-nin sifariş etdiyi gəmi növbəti il hazır olacaq

11:08 | 22.07.2016
BP-nin sifariş etdiyi gəmi növbəti il hazır olacaq

BP-nin sifariş etdiyi gəmi növbəti il hazır olacaq

"Bakı Gəmiqayırma Zavodu”nda ildə 15 min ton yükgötürmə qabiliyyəti olan 4 və ya 70 min ton yükgötürmə qabiliyyəti olan 2 tanker və 4 özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev keçirilən kollegiya iclasında çıxışı zamanı deyib. 

"İndiyədək müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilmiş, hər biri 80 sərnişin tutumuna malik 3 sərnişin gəmisinin inşası başa çatdırılıb. 

Zavodun ən böyük sifarişi isə "BP” şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Gəminin tikintisinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib. 

Onun sözlərinə görə, bu günədək zavodda 73 gəminin təmiri aparılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM