Braziliya korrupsiyalı məmurların milyonlarını xaricdən qaytardı

15:52 | 25.04.2016
Braziliya korrupsiyalı məmurların milyonlarını xaricdən qaytardı

Braziliya korrupsiyalı məmurların milyonlarını xaricdən qaytardı

Ölkə korrupsiyalı rəsmilər, siyasətçilər və biznesmenlər tərəfindən xarici bank hesablarına ötürülmüş 125 milyon dollar pulu dövlət xəzinəsinə qaytara bilib

Braziliya bəyan edib ki, korrupsiyalı rəsmilər, siyasətçilər və biznesmenlər tərəfindən xarici bank hesablarına ötürülmüş 125 milyon dollar pulu dövlət xəzinəsinə qaytara bilib.

Ədliyyə Nazirliyi bildirir ki, bu, bundan əvvəlki onillik ərzində ölkəyə qaytarılmış oğurluq korrupsiya pullarından 8 dəfə böyük məbləğdir.

Rəsmilər deyirlər ki, onların şübhəlilərlə sövdələşmələri və danışqıları pulların qaytarılmasında əsas rol oynayıb.

Bu pulların böyük bir qisminin Petrobras dövlət neft şirkətindən yayındırılaraq xarici bank hesablarına oturdulduğu bildirilir.

Gizli kod adı "Maşınyuma əməliyyatı” (Operation Car Wash ) olan əməliyyatın gedişində onlarca siyasətçi və şirkət başçısı ya həbs edilmiş, ya da şübhəli kimi nəzarət altına alınmışdı.

Müstəntiqlər deyirlər ki, yayındırılmış pulların bir qismindən rüşvətlərin verilməsi və seçki kampaniyaları üçün istifadə edilirmiş.

Portəgizdilli Folha de S.Paulo qəzeti müqayisə üçün yazır ki, 2005-2014-cü illər arasında ölkədən oğurlanmış pulların yalnız 15 milyon dollarını "repatriasiya” etmək mümkün olmuşdu.

2015-ci ildə xarici bank hesablarındakı oğurluq pulun 95 milyonu "Maşınyuma” əməliyyatı nəticəsində qaytarılıb.

Ölkə xəzinəsindən yayındırılmış pulların əsasən İsveçrə banklarında müxtəlif hesablara yatırıldığı bəlli olub. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM