Braziliya millisinə yeni baş məşqçi gətirildi

11:26 | 21.07.2014
Braziliya millisinə yeni baş məşqçi gətirildi

Braziliya millisinə yeni baş məşqçi gətirildi

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
"Qafqazinfo" xəbər verir ki, Apasport.az saytının məlumatına görə, dünya çempionatındakı uğursuzluqdan sonra Luis Felipe Skolari ilə yollarını ayıran “pentakampeonlar”ın yeni baş məşqcisi Dunqa ləqəbli Karlos Verri olub.
2006-2010-cu illərdə də Braziliya millisinə baş məşqçilik edən mütəxəssis 4 ildən sonra postuna qayıdıb. Dunqanın təqdimat mərasimi bu günə planlaşdırılıb.
Maraqlıdır ki, Skolari kimi Dunqa da yığmadan mundialda Hollandiyaya uduzduqdan sonra ayrılmışdı. Sinuncu DÇ-2010-un 1/4 finalında, onun sələfi isə DÇ-2014-də 4-cü yer uğrunda matçda “narıncılar”a yenilgidən sonra istefa vermişdi.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM