Braziliya yığmasında baş məşqçi təyinatı rəsmiləşib

21:07 | 21.06.2016
Braziliya yığmasında baş məşqçi təyinatı rəsmiləşib

Braziliya yığmasında baş məşqçi təyinatı rəsmiləşib

Futbol üzrə Braziliya milli komandasında baş məşqçi postuna Titenin təyinatı rəsmiləşib. 

"Report"un Braziliya Futbol Konfederasiyasının saytına istinadən verdiyi məlumata görə, 55 yaşlı mütəxəssis yeni vəzifədə Dunqanı əvəzləyib.

Dunqa Amerika Kubokunda "pentakampeonlar"ı 1/4 finala çıxara bilmədikdən sonra istefaya göndərilib. Tite isə "Korintians"la 6 dəfə çempionluq sevinci yaşayıb. O, yığmada əsas məqsədlərinin 2018-ci il dünya çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu bildirib.

Qeyd edək ki, hazırda Braziliya millisi Cənubi Amerika zonasında keçirilən seçmə mərhələdə 9 oyundan 9 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb. Amma qarşıda hələ 9 tur var.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM