Braziliyalılar prezidentin istefasını tələb edir

10:38 | 14.03.2016
Braziliyalılar prezidentin istefasını tələb edir

Braziliyalılar prezidentin istefasını tələb edir

Braziliyanın yüz minlərlə sakini küçələrə çıxıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, onlar ölkə prezidenti Dilma Russefin istefasını tələb edirlər.

Polisin rəsmi məluamtına görə, ölkənin iri şəhəri olan San-Paulada etiraz aksiyalarında 1,4 milyon nəfər iştirak edib.

Ölkənin 150 şəhərində ümumilikdə küçəyə 3 milyon nəfər çıxıb.

Reuters-in mənbələrinin məlumatına görə, Braziliya hökuməti etiraz aksiyalarında bir il bundan əvvəlkindən daha çox adamın iştirak etdiyini qeyd edib.

Etiraz aksiyaları dövlət strukturlarında və "Petrobras” dövlət neft-qaz şirkətində korrupsiya qalmaqalı ilə əlaqədardır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb