​Britaniyalı Amsterdam hava limanında bomba partladacağı ilə hədələyib

13:16 | 02.01.2016
​Britaniyalı Amsterdam hava limanında bomba partladacağı ilə hədələyib

​Britaniyalı Amsterdam hava limanında bomba partladacağı ilə hədələyib

Niderland polisi ötən gün paytaxt Amsterdamın "Schiphol" hava limanında sərnişinləri terminalda bomba partladacağı ilə hədələyən 29 yaşlı britaniyalını saxlayıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, sərnişinlər sözügdən şəxsin üzərində bir neçə bomba olduğunu bildirməsindən sonra polisə xəbər veriblər.

Silahlı polislər xidməti itlərlə birgə kişini döşəmyə uzadaraq üzərini və baqajını axtarıblar. Axtarış zamanı aeroportun hadisə baş verən terminalındakı insanları təxliyə etmək lazım gəlib.

Polisin məlumatına görə, kişi üzərində partlayıcı maddə və qurğu gəzdirməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb