Britaniyanın ticarət missiyası Azərbaycana gəlir

16:31 | 21.11.2017
Britaniyanın ticarət missiyası Azərbaycana gəlir

Britaniyanın ticarət missiyası Azərbaycana gəlir

Noyabrın 22-24-də Böyük Britaniyadan olan ticarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
 
Bu barədə APA-ya bu ölkənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
 
Bildirilir ki, səfər SOCAR və BP-nin təşəbbüsü ilə 2015-ci ildə yaradılmış Birləşmiş Krallıq-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində gerçəkləşəcək. Nümayəndə heyətinin səfəri Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edir. Heyətə 31 nəfər daxildir.
 
Səfər müddətində onlar neft və qaz sənayesi təmsilçiləri ilə görüşəcək, Azərbaycan və Böyük Britaniya şirkətlərinə baş çəkəcəklər. Noyabrın 23-də "Millers Oils” sürtgü yağları istehsalçısı və distribütorunun Bakıda yeni şöbələrinin açılışı olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM