Brüssel aeroportunda terrorçunun avtomatla cəsədi aşkar edildi

21:33 | 22.03.2016
Brüssel aeroportunda terrorçunun avtomatla cəsədi aşkar edildi

Brüssel aeroportunda terrorçunun avtomatla cəsədi aşkar edildi

Brüssel hava limanında partlayış törətməkdə şübhəli bilinən şəxslər müşahidə kameralarının obyektivinə düşüblər.

"Report" xəbər verir ki, iki kişi partlayışdan bir qədər əvvəl uçuş zonasında görünüb. Yerli KİV-in dərc etdiyi şəkildə onların hər ikisinin baqajla yüklənmiş araba ilə hərəkət etdiyi görünür.

Ardınca Belçika polisi terrorçulardan birinin cəsədini aşkar edib. Onun yanında "Kalaşnikov" avtomatı olub.

Qeyd olunur ki, Brüssel polisi bütün şəhər üzrə şübhəli çanta və bağlamaları zərərsizləşdirir. Şəhərlilər partlayış səslərini yeni terror aktları kimi qəbul ediblər.

Bu gün Brüssel aeroportunda iki partlayış baş verib. Ardınca şəhərin "Maalbek" metro stansiyası partladılıb. Rəsmi məlumatlara görə, terror aktları nəticəsində ümumilikdə 26 nəfər həlak olub. Eyni zamanda VRT ictimai yayım şirkəti terror aktları zamanı 34 nəfərin öldüyünü xəbər verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb