Brüsseldə partlayış təhlükəsi

11:09 | 21.06.2016
Brüsseldə partlayış təhlükəsi

Brüsseldə partlayış təhlükəsi

 Belçika paytaxtı Brüsselin mərkəzində partlayış təhlükəsi səbəbiylə "City2" ticarət mərkəzi boşaldılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ticarət mərkəzinin ərazisi nəzarət altına alınıb, hadisə yerinə xüsusi xidmət və partlayıcı qurğuların məhv edilməsi üzrə xidmət orqanlarının nümayəndələri gəlib.

RTL telekanalının məlumatına görə, bu hadisə ilə əlaqədar bir şəxs saxlanılıb.

Belçikanın baş naziri Şarl Mişelin insidentlə əlaqədar böhran görüşü keçirmək niyyətində olduğu bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb