BŞBPİ Həsən Şirinov haqqında yayılan məlumatlara münasibət bildirdi

10:46 | 07.01.2015
BŞBPİ Həsən Şirinov haqqında yayılan məlumatlara münasibət bildirdi

BŞBPİ Həsən Şirinov haqqında yayılan məlumatlara münasibət bildirdi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuatda idarənin rəis müavini, polis general-mayoru Həsən Şirinov haqqında yayılan məlumatlara aydınlıq gətirib.

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər internet və çap mediada BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız məlumatlar yayılıb: "Rəsmən bildiririk ki, bu xəbərlər həqiqətə uyğun deyil. Polis general-mayoru Həsən Şirinov hazırda baş idarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM