Bu ay Fransanın maliyyə nazirinin Azərbaycana səfəri gözlənilir

20:00 | 10.07.2019
İyul ayının sonunda Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mairenin Azərbaycana səfəri gözlənilir.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazir Samir Şərifov Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönun rəhbərlik etdiyi və müxtəlif sahələrdə fəaliyyət göstərən fransız şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşdə deyib.
Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının ölkələr arasında iqtisadi, maliyyə, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafına dəstək verdiyini qeyd edən S.Şərifov iqtisadi və maliyyə dialoqunun genişləndirilməsi məqsədiylə iyul ayının sonunda Fransanın iqtisadiyyat və maliyyə naziri cənab Bruno Le Mairenin Azərbaycana səfərinin gözlənildiyini diqqətə çatdırıb.

www.anews.az
loading...

Xəbər lenti