Bu gün TANAP-ın təməli qoyulur

10:28 | 17.03.2015
Bu gün TANAP-ın təməli qoyulur

Bu gün TANAP-ın təməli qoyulur

Bu gün Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsinin təməli qoyulacaq. Qars şəhərində TANAP-ın təməlqoyma mərasiminə son hazırlıq işləri görülüb. 

Mərasimdə hər iki ölkənin - Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. İştirak edəcək bəzi dövlət rəsmiləri isə artıq Qars şəhərinə gəlib. 
Qars valisi və bələdiyyəsindən bildirilib ki, həm Azərbaycan prezidenti, həm də Türkiyə prezidenti sabah ilk öncə peşə məktəbinin açılışında iştirak edəcəklər. Daha sonra prezidentlər təməlqoyma mərasiminə qatılacaq. Mərasim mətbuat konfransı ilə yekunlaşacaq. 

Böyük bayrama mərasimə hazırlaşan Qars şəhəri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib. 

Qeyd edək ki, TANAP təkcə Azərbaycanın deyil, həm də regional ölkələrin qazını Avropa bazarına çıxarmağa imkan verəcək.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb