Bu gündən Krımla Ukrayna arasında dövlət sərhədi olacaq

13:06 | 25.04.2014
Bu gündən Krımla Ukrayna arasında dövlət sərhədi olacaq

Bu gündən Krımla Ukrayna arasında dövlət sərhədi olacaq

Bu gündən etibarən Krımla Ukrayna arasındakı sərhəd dövlət sərhədi kimi fəaliyyət göstərməyə başlayır. Bu barədə "RİA Novosti" agentliyi Rusiya Federal Miqrasiya Xidmətinə istinadən xəbər verir. Xidmətin rəsmisi Pyotr Yaroşun sözlərinə görə, yaxın vaxtlarda keçid məntəqələrinin harada quraşdırılacağı, sərhədin necə keçiləcəyi müəyyənləşdiriləcək və miqrasiya kartlarının verilməsi vacibliyi nəzərdən keçiriləcək. Krımla Ukrayna arasında nəqliyyatın hərəkətinə və ərzaq daşınmasına məhdudiyyətlərin qoyulmayacağı bildirilir.Qeyd edək ki, Krımın statusu ilə bağlı mart ayının 16-da referendum keçirilib. Referendumda iştirak edənlərin əksəriyyəti muxtar vilayətin Rusiyaya birləşməsinə səs verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb