Bu gün "Avro-2016"da 1/8 final həyəcanı davam edəcək

13:35 | 25.06.2016
Bu gün

Bu gün "Avro-2016"da 1/8 final həyəcanı davam edəcək

Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına start veriləcək. 

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Günün ilk oyunu İsveçrə və Polşa komandaları arasında olacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Britaniya derbisində Uels və Şimali İrlandiya yığmaları üz-üzə gələcək. Günün ən maraqla gözlənilən görüşü Xorvatiya və Portuqaliya arasında keçiriləcək. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

25 iyun

"Avro-2016", 1/8 final

17:00. İsveçrə - Polşa
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Gişar" stadionu

20:00. Uels - Şimali İrlandiya
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Paris. "Park de France"

23:00. Xorvatiya - Portuqaliya
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,
Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Lans. "Boller Delelis" stadionu

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb