Bu gün BMT-nin yeni baş katibi seçiləcək

09:39 | 13.10.2016
Bu gün BMT-nin yeni baş katibi seçiləcək

Bu gün BMT-nin yeni baş katibi seçiləcək

Bu gün BMT-nin yeni baş katibi seçiləcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu posta yeganə namizəd Portuqaliyanın sabiq baş naziri Antoniu Quterreşdir.
 
Səsvermə BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında yerli vaxtla saat 10:00-da baş tutacaq. Səsvermədən sonra BMT-nin hazırkı baş katibi Pan Qi Mun və A.Qutyerreş arasında görüş keçiriləcək.
 
BMT Təhlükəsizlik Şurası oktyabrın 6-da təşkilatın baş katibi postuna Antoniu Quterreşin namizədliyini irəli sürüb.
 
BMT-nin hazırkı baş katibi Pan Qi Munun səlahiyyət müddəti başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.
 
67 yaşlı A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarı olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM