Bu gün İtaliyada 683 nəfər koronavirusdan ölüb

22:41 | 25.03.2020
Bu gün İtaliyada 683 nəfər koronavirusdan ölüb

Bu gün İtaliyada 683 nəfər koronavirusdan ölüb

İtaliyada son bir gündə yeni növ koronavirusun yaratdığı bir xəstəlikdən 683 nəfər ölüb ki, bu da bir gün əvvələki göstəricidən 60 nəfər azdır.

Bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi bildirib.

"Bu gün biz 683 xəstənin ölümünü qeyd etdik. Qurbanların ümumi sayı 7503 oldu. Yoluxmuşların sayı hazırda 57521 nəfərdir. Son gün ərzində 1036 nəfər sağalıb, ümumilikdə 9362 xəstə virusdan xilas olub”, - məlumatda belə deyilir.

Bundan əvvəlki gün 743 nəfər virusdan ölmüşdü. Pandemiyanın başladığı ilk gündən bəri ölənlər və sağalanlarla birlikdə bu virusa yoluxmuşların ümumi sayı 74386 nəfərdir.
 
///APA

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM