Bu gün Rasim Əliyevin ilidir - VİDEO

11:44 | 09.08.2016
Bu gün Rasim Əliyevin ilidir -  VİDEO

Bu gün Rasim Əliyevin ilidir - VİDEO

ANNTV video qrupunun rəhbəri, jurnalist Rasim Əliyev 2015-ci ilin 9 avqustunda səhərə yaxın şəhər klinikasında vəfat edib. Ona qarşı hücum təşkil edilib, jurnalist bir qrup şəxs tərəfindən döyülərək ağır daxili zədələr alıb, belə ki, onun qabırğalarında çoxlu sınıqlar əmələ gəlib və sol qulağı eşitməz olub. Jurnalistə hücumun edilməsinə səbəb onun "facebook" sosial şəbəkəsində "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynovu tənqid etməsi olub. 

Hadisə baş verəndən dərhal sonra ölkə prezidenti işi birbaşa öz nəzarətinə götürüb, cinayətdə iştirak edənlər həbs edilib. 
 
Cavid Hüseynov başda olmaqla bu şəxslər həbs olunsalar da, jurnalistin yaxınları və vəkillər Rasim Əliyevin həyatını xilas etməli olan həkimlərin məhkəmə qarşısına çıxarılmamasından və hələ də həkimlik fəaliyyətlərini davam etdirməsindən narazıdırlar. 

 Rasim Əliyev son 10 ildə Azərbaycanda zorakılığa məruz qalaraq, öldürülən üçüncü jurnalistdir. 

2 mart 2005-ci ildə evinin kandarında "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov güllələnərək öldürülüb. 

2011-ci ilin noyabrında aldğı bıçaq yaralarından sonra yazıçı-publisist Rafiq Tağı xəstəxanada vəfat edib. 

ANN.Az-ın əməkdaşlar həmkarımıza Rasim Əliyevin vəfatından üzülürük, onun ailəsinə başsağlığı veririk. Rasim Əliyevin işıqlı xatirəsi daim bizim qəlblərimizdə yaşayacaq. 

Jurnalistin döyülməsi anı kameralarda öz əksini tapıb. 7 ay əvvəl yayımlanan videonu oxucularımızın diqqətinə çatdırırıq.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM