Bu gün şəhid olan hərbçimizin dəfnində Vilayət Eyvazovda iştirak edib - FOTO

17:40 | 21.01.2021
Bu gün şəhid olan hərbçimizin dəfnində  Vilayət Eyvazovda iştirak edib - FOTO

Bu gün şəhid olan hərbçimizin dəfnində Vilayət Eyvazovda iştirak edib - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların yaralı hərbçisi bu gün şəhid olub.


Bu barədə Anews.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi.


Həkimlərin bütün səylərinə baxmayaraq o, bu gün – yanvarın 21-də şəhidlik zirvəzinə ucalıb.


Şəhidimizlə vida mərasimində Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.


Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb