Bu həftəsonu sərt karantin rejiminin tətbiqi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

11:59 | 09.06.2020
Bu həftəsonu sərt karantin rejiminin tətbiqi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Bu həftəsonu sərt karantin rejiminin tətbiqi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

İyunun 13,14 və 15-də Azərbaycanın iri şəhərlərində sərt karantin rejiminin tətbiq edilməsi barədə hələlik qərar qəbul edilməyib, -  bu barədə TƏBİB mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.
 
"Nə gəldi, yazırlar. Məndən də soruşurlar. Yazı göndərirlər ki, filan günlər karantindir. Nazirlər Kabinetinin saytında rəsmi məlumat yoxdursa, yaxud ciddi saytlar Nazirlər Kabinetinə istinadən rəsmi məlumat verməyibsə, deməli belə bir şey yoxdur. Olacağı təqdirdə də, keçən həftə olduğu kimi brifinq edərək orada açıqlayacağıq”, – deyə Rəvanə Əliyeva bildirib. 

Xatırladaq ki, Nazirlər Kabineti yanında yaranan Operativ Qərargah aktiv yoluxma hallarının artımını nəzərə alaraq 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq etmişdi.  Sosial şəbəkədə və bir sıra yerli saytlarda bu həftə sonu da belə  qərarın veriləcəyi barədə məlumatlar yer alıb. 
 
 
(qazet.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM