İki xarici şirkət Azərbaycandan getdi

17:23 | 10.08.2016
İki xarici şirkət Azərbaycandan getdi

İki xarici şirkət Azərbaycandan getdi

Daha iki xarici şirkət Azərbaycandakı filialının fəaliyyətini dayandırıb. 

Oxu.Az "Vergilər” qəzetinə istinadən xəbər verir ki, "China Geo-Engineering Corporation İnternational” MMC-nin və "Life Division” MMC-nin Azərbaycandakı filialları ləğv olunub.

"China Geo-Engineering Corporation İnternational” MMC-nin kreditorları 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15, məhəllə 1212 ünvanına göndərə bilərlər.

Böyük Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş "İnnovative İnternational Group Ltd.” holdinqə daxil olan "Life Division”la bağlı isə bütün iddialara 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 12-ci dairəvi küçəsi, ev 118Q ünvanında baxılacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb