Bu insanlar bizdən nə istəyir? - Amaşov

13:14 | 30.03.2018
Bu insanlar bizdən nə istəyir? - Amaşov

Bu insanlar bizdən nə istəyir? - Amaşov

Son bir ayda hər hansı yollara ölkəmizi tərk edib Avropaya sığınan şəxslər Azərbaycan prezidenti, ailə üzvləri, ayrı-ayrı şəxslərə heç bir etik prinsipləri gözləmədən qarayaxma ilə məşğuldurlar. Təbii ki, bunun səbəbi ölkədə keçirilən prezident seçkiləridir.

Axar.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyillərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə deyib.

Ə.Amaşov bildirib ki, əvvəlki seçkilərdə də bu hallar yaşanıb, lakin bu dəfə təhqir, söyüş hallarının əsas rol oynaması diqqət çəkir:

"Onlar sanki bir söyüş makinasıdır, qarşılarına çıxan hər kəsi söyürlər. Məqsəd vətəndaşla dövlət arasında münasibətlərə xələl gətirməkdir. Biz buna məhəl qoymaya bilərdik. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə həmkarımız həmin ölkə vətəndaşlarına ölkəmizlə bağlı dolğun məlumat verir. Bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər bunu sübut etdi. Ölkəmizə qarşı qarayaxma kampaniyaları keçirənlərin sayı bir əlin barmaqlarından azdır. Onların çıxışlarında təhqirlə yanaşı, mövcud quruluşun devrilməsinə çağırış da var. Onların bu fəaliyyətlərinə qarşı qanunvericiliyə uyğun tədbir görüləcək. Lakin Azərbaycan jurnalistləri bu çıxışlarla barışa bilməz və öz etirazını ortaya qoymalıdır. Burada toplaşmağımızın məqsədi də budur. Axı bu insanlar bizdən nə istəyirlər?”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM