"Bu işdə Rusiya Azərbaycansız hərəkət edə bilməz" - Politoloq

14:41 | 23.12.2016

"Bu işdə Rusiya Azərbaycansız hərəkət edə bilməz" - Politoloq

"Tam şəkildə demək olmaz ki, bu gün Rusiya regionda nüfuz sahibidir, bütün proseslərə nəzarət edir. Rusiyanın hər addımına qarşı adekvat olaraq, istər Qərb, istər Avropa, istər digər dövlətlər öz addımlarını atır”. 

ANN.Az xəbər verir ki, bu sözləri politoloq Arzu Nağıyev "2016-ci il Azərbaycan xarici siyasətinin yekunları"na həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Rusiya bütün münasibətlərin həllində müsbət rol oynamağa çalışır: 

"Təbii ki, onun da öz maraqları var. Azərbaycanda, Ermənistanda və Gürcüstanda elə bir münaqişə ocağı yoxdur ki, SSRİ-nin sələfi olan Rusiyanın orada baş verən proseslərdə iştirakı olmasın. Əgər bu cür məsələlərdə özünü SSRİ-nin varisi adlandıraraq həll yolu üçün danışıqlara qoşulursa, o zaman Qarabağ probleminin də həllində müstəsna rol oynamalıdır”. 

"Bu gün Azərbaycan qazının Avropaya çıxması və Avropanın enerji təhlükəsizliyini təmin etməsi üçün Azərbaycan mühüm oyunçudur. Ona görə də, bu işdə Rusiya Azərbaycansız hərəkət edə bilməz. Dənizin dibi ilə Türkmənistan qazının bu xəttə qoşulması çox mühüm məsələdir”, - deyə Arzu Nağıyev əlavə edib.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM