Bu jüri “O səs Türkiyə”dən ayrıldı

12:12 | 27.02.2018
Bu jüri “O səs Türkiyə”dən ayrıldı

Bu jüri “O səs Türkiyə”dən ayrıldı

Türkiyənin TV8 kanalında yayımlanan "O səs Türkiyə” yarışmasında jürilərdən biri olan müğənni Gökhan Özoğuz yarışmadan ayrılır.

Anews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ifaçı özü açıqlama verib:

"Proqrama görə musiqidən uzaq qalmışam. Buna görə də televiziyadan uzaq qalıb, daha çox musiqi ilə məşğul olacam. Gələn ildən etibarən "O səs Türkiyə” jürisində olmayacam”.

Qeyd edək ki, indiyədək yarışmada Hülya Avşar, Ebru Gündeş, Sibel Can, MFÖ qrupu, Mustafa Sandal jürilik edib və yarışmadan ayrılıb.

Hazırda yarışmada jüri olaraq Yıldız Tilbe, Hadise, Murat Boz və Gökhan Özoğuz yer alır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb