Bu ölkə Avropa Birliyindən imtina etdi

10:14 | 06.01.2015
Bu ölkə Avropa Birliyindən imtina etdi

Bu ölkə Avropa Birliyindən imtina etdi

"İslandiya Avropa Birliyinə daxil olmaq üçün verdiyi ərizəsini geri götürəcək”.

ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri İslandiyanın Baş naziri Siqmundur David Qunnlauqsson "Bylgjan” radiostansiyasının efində deyib.

"Parliament Magazine” saytının yazdığına görə, sənədin dəqiq hansı tarixdə geri götürülməsi haqda məlumat verilmir.

Qeyd edək ki, İslandiya Avropa Birliyinə qəbul olmaq üçün sənədi 2009-cu ildə verib.

Danışıqların 2010-cu ildə davam etməsinə baxmayaraq Brüssellə Reykyavik arasında anlaşma əldə olunmayıb. İslandiya hesab edir ki, bu ölkə Avropa Birliyinə qəbul olunsa, balıq ovuna kvota qoyulacaq. Bu da ölkə iqtisadiyyatına mənfi təsir edə bilər.

2014-cü ilin fevralında isə xarici işlər naziri Qunnara Braqi Svenssona ölkə parlamentinə Avropa Birliyindən imtina edilməsi üçün sənəd təqdim edib. Parlament Avrointeqrasiya üçün nəzərdə tutulmuş referendumdan imtina edib. Bu zaman Avropa Birliyindən imtinaya görə Reykyavikdə 3500 nəfərə yaxın insan etitaz aksiyası keçirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb