Bu məhsula görə 100 milyondan çox valyuta xaricə gedir

10:50 | 08.10.2016
Bu məhsula görə 100 milyondan çox valyuta xaricə gedir

Bu məhsula görə 100 milyondan çox valyuta xaricə gedir

"Qamış şəkərini, xam şəkəri idxal etmək üçün 100 milyondan çox valyuta xaricə gedir”.

"Marja”nın məlumatına görə, Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib.

Dövlətimizin başçısı deyib:

-Xam şəkər ölkəyə çox gətirilir. Bunu azaltmaq üçün şəkər çuğundurunun əkin sahələri mütləq genişləndirilməlidir. Artıq göstərişlər verilib, yeni əkin sahələri müəyyən edilib. Bizə təqribən 40-50 min hektar torpaq sahəsi lazımdır ki, şəkər çuğunduru əkilsin və xam şəkərin, qamış şəkərin idxalından asılılığı aradan qaldıraq. Bu sahədə də çox ciddi işlər aparılmalıdır. Bizdə fəaliyyət göstərən şəkər zavodu yerli şəkər çuğunduru əsasında işləməlidir. Qamış şəkərini, xam şəkəri idxal etmək üçün 100 milyondan çox valyuta xaricə gedir. Düzdür, əgər bu zavod olmasaydı, onda xam şəkərin hamısı xaricdən gətirilərdi. Zavodun fəaliyyəti yüzlərlə insan üçün iş yeri yaradıb. Biz, eyni zamanda, hazır şəkəri ixrac edirik. Yəni, zavodun fəaliyyəti, təbii ki, müsbət haldır. Ancaq çox yaxşı olar ki, bu, yerli xammal əsasında işləsin. Ona görə şəkər çuğundurunun əkilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun əkilməməsi 100 milyon dolları xaricə aparır, əkilməsi isə 100 milyon dolları Azərbaycanda saxlayacaq. Çox sadə bir məsələdir.

Qeyd edək ki, Azərbaycanda şəkər tozu istehsalçısı Azərsun Holdinqdir. İmişli Şəkər Zavodu bu holdinqə məxsusdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb