Bu rayonlarda qaz təchizatı məhdudlaşdırılır

17:05 | 03.09.2015
Bu rayonlarda qaz təchizatı məhdudlaşdırılır

Bu rayonlarda qaz təchizatı məhdudlaşdırılır

Abşeron və Astara magistral qaz kəmərlərində cari təmir işləri aparılacaq
                               
ANN.Az SOCAR-a istinadən xəbər verir ki, sentyabrın- 4 də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Nardaran” və Astara magistral qaz kəmərləri sahəsinin "Masallı” və "Ovçubərə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
 
Təmir müddətində Masallı rayonunun mərkəzi hissəsi də daxil olmaqla, rayonun Qızılavar, Qəyəgöl, Ərkivan, Qəriblər və Musaküçə, Biləsuvar rayonunun Ovçubərə, Ağalıkənd, Amankənd, Əsgərabad, Asağı Cürəli, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonu Nardaran və Maştağa qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb