Bu toya 74 milyon dollar xərcləndi - VİDEO

16:14 | 16.11.2016
Bu toya 74 milyon dollar xərcləndi - VİDEO

Bu toya 74 milyon dollar xərcləndi - VİDEO

Hindistanın Karnataka ştatının keçmiş naziri qızının toyu üçün 74 milyon dollar xərcləyib.

Publika.az xəbər verir ki, bu haqda "Daily Mail” nəşri bildirib.

49 yaşlı Qali Canardxana Reddi toyda şounun təşkili üçün səkkiz Bollivud (Hindistanın Mumbay şəhərində kinostudiya –red.) rejissorunu işə götürüb.

Məlumata görə, ölkə mediası bu toyu "dünyanın ən bahalı, ən görməmiş toyu" adlandırıb.

Qonaqlara qızıl suyu vurulub. Toy beş gün davam edib və yerli məşhurlar qonaqları əyləndirib.Toy zamanı gəlin məşhur dizaynerlərin tikdiyi bir neçə geyim dəyişib. Bəyi beş ağ at müşayiət edib. Qızın valideynləri həmçinin mərasim üçün xüsusi olaraq yazılmış mahnını ifa ediblər.

Toya qonaqlar xüsusi hazırlanmış və Fransada çap olunmuş dəvətnamələrlə çağırıblar. Hər dəvətnamə qızıl suyuna çəkilmişdi, brilyant və yaqut qaşlarla bəzədilmişdi.

Reddi Hindistanın ən zəngin siyasətçilərindən biri hesab edilir. O, 2004-cü ildə Karnataka ştatında dəmir filizinin hasilatı üzrə lisenziyanı alıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM