Bu yol yenidən qurulur- VIDEO

14:14 | 28.02.2018
Bu yol yenidən qurulur- VIDEO

Bu yol yenidən qurulur- VIDEO

Yerli əhəmiyyətli Göygöl rayonunun Çaylı-Pənahlılar-Dozular avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomonil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, bu il həyata keçiriləcək 63 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-cü km-də ayrılan sözügedən yoldur.

Layihəyə əsasən 18 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək.

Kürəkçay üzərində yerləşən və hər birinin uzunluğu 54 metr olan 3 aşırımlı 2 avtomobil körpüsü əsaslı şəkildə təmir olunur, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunur və müxtəlif diametrli 185 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü boruların, həmçinin 1 ədəd 12 paqon-metr uzunluğunda su keçidinin inşası işləri görülür.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM