Bu yolda hərəkət məhdudlaşdırılır

11:10 | 18.05.2016
Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır

Bu gündən etibarən Xocahəsən avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
 
"Report”un "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, hərəkətin məhdudlaşdırılması aparılan cari təmir işləri ilə əlaqədardır.

Məlumatda deyilir ki, təmir işləri asfalt-beton örtüyünün dağılmış hissələrinin bərpasını əhatə edir.

Sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyyə olunur.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM